Maliyyə hesabatlarının auditi

Maliyyə hesabatlarının auditi


Maliyyə hesabatları şirkətin maliyyə vəziyyəti və fəaliyyət nəticələri haqqında əsas məlumat mənbələrindən biridir. Onların düzgünlüyü yalnız şirkət sahibləri və rəhbərliyi üçün deyil, həm də investorlar, banklar, biznes tərəfdaşları və digər maraqlı tərəflər üçün əhəmiyyət daşıyı.


FlexAudit kifayət qədər audit sübutlarının əldə edilməsi və maliyyə hesabatlarının düzgünlüyü barədə peşəkar rəyin ifadə edilməsi məqsədilə müstəqil audit həyata keçirir. Audit zamanı hesabatların əhəmiyyətli göstəriciləri, onların hazırlanmasında tətbiq olunan prinsiplər, eləcə də əks etdirilmiş maliyyə əməliyyatlarını təsdiq edən sənəd və məlumatlar təhlil edilir.


Yoxlama aktiv və öhdəliklərin, gəlir və xərclərin, eləcə də maliyyə hesabatlarının digər əhəmiyyətli göstəricilərinin əks etdirilməsini əhatə edir. Təqdim olunan maliyyə məlumatlarının düzgünlüyünə əhəmiyyətli təsir göstərə biləcək məsələlərə xüsusi diqqət yetirilir.


Auditin nəticələrinə əsasən FlexAudit şirkətin maliyyə hesabatları barədə müstəqil rəyi əks etdirən auditor rəyi hazırlayır. Belə rəy maliyyə hesabatlarının istifadəçilərinə təqdim edilmiş maliyyə məlumatlarının müstəqil peşəkar qiymətləndirilməsini əldə etməyə imkan verir.


Xidmətə nələr daxildir
    Şirkətin maliyyə hesabatlarının müstəqil auditi 
Maliyyə hesabatları barədə müstəqil rəyin formalaşdırılması üçün audit prosedurlarının həyata keçirilməsi və zəruri audit sübutlarının əldə edilməsi.

    Aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin düzgün əks etdirilməsinin yoxlanılması 
Maliyyə hesabatlarının əhəmiyyətli göstəricilərinin və onları təsdiq edən məlumatların təhlili
.
    Maliyyə hesabatlarının tətbiq olunan standartlara və qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması 
Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydasının şirkətə tətbiq olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi
.
    Maliyyə hesabatlarının yoxlanılmasının nəticələri üzrə auditor rəyinin hazırlanması 
Aparılmış auditin nəticələrinə əsasən müstəqil auditor rəyinin formalaşdırılması.