Vergi məsələləri şirkətin fəaliyyətinin demək olar ki, hər mərhələsində — müqavilələrin bağlanması, ödənişlərin həyata keçirilməsi, mənfəətin bölüşdürülməsi, yeni əməliyyatların aparılması və ya biznes strukturunun dəyişdirilməsi zamanı yarana bilər. Qəbul edilən qərarlar vergi öhdəliklərinin həcminə birbaşa təsir göstərə və onların vergi nəticələri əvvəlcədən qiymətləndirilmədikdə əlavə risklər yarada bilər.
FlexAudit şirkətlərə Azərbaycan vergi qanunvericiliyinin tətbiqini düzgün anlamağa və konkret əməliyyatlar üzrə ən uyğun vergitutma qaydasını müəyyən etməyə kömək edir. Biz vergi məsələsini yalnız qanunvericiliyin ayrı-ayrı müddəaları baxımından deyil, şirkətin fəaliyyət xüsusiyyətlərini, əməliyyatın strukturunu və faktiki halları nəzərə almaqla qiymətləndiririk..
Vergi planlaşdırılmasına ayrıca diqqət yetirilir. Məqsəd planlaşdırılan qərarların vergi nəticələrini əvvəlcədən qiymətləndirmək, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və azadolmaların tətbiqi imkanlarını müəyyən etmək və əsassız vergi yükünün qarşısını almaqdır. Vergi planlaşdırılması vergi öhdəliklərinin süni şəkildə azaldılması demək deyil — qəbul edilən qərarlar qanuni əsaslara malik olmalı və biznesin real fəaliyyətinə uyğun olmalıdır.
Mürəkkəb və ya qeyri-standart məsələlər üzrə FLEXAUDIT həmçinin konkret vəziyyətin, tətbiq olunan qanunvericilik normalarının və mümkün vergi nəticələrinin təhlilini əhatə edən yazılı vergi rəyləri hazırlayır. Bu rəylər şirkət rəhbərliyi tərəfindən qərarların qəbul edilməsi, əqdlərin hazırlanması və ya ayrı-ayrı əməliyyatların qiymətləndirilməsi zamanı istifadə oluna bilər.
Xidmətə nələr daxildir
Vergi qanunvericiliyinin tətbiqi üzrə məsləhətlər.
Vergi tələblərinin və onların şirkətin fəaliyyətinə və ayrı-ayrı əməliyyatlarına tətbiqinin izah edilməsi.
Dividendlərin, faizlərin və digər ödənişlərin vergiyə cəlb edilməsi.
Müvafiq ödənişlər üzrə vergi öhdəliklərinin və vergitutma qaydasının müəyyən edilməsi.
Vergi yükünün təhlili və optimallaşdırılması, vergi güzəştləri və azadolmaların tətbiqi.
Mövcud və ya planlaşdırılan vergitutma strukturunun və qanunvericiliklə nəzərdə tutulmuş imkanların təhlili.
Mürəkkəb və qeyri-standart vergi məsələləri üzrə yazılı rəylərin hazırlanması.
Konkret vəziyyətin ətraflı təhlili, nəticələrin və mümkün həll variantlarının təqdim edilməsi.