Şirkətlərin vergi məsələlərinə yanaşmamız

Audit və vergi həllərinə
məsuliyyətli yanaşma...

Vergi məsləhətləri və audit sahəsində yalnız peşəkar biliklər deyil, həm də qərarların keyfiyyəti, rəylərin obyektivliyi və nəticəyə görə məsuliyyət mühüm əhəmiyyət daşıyır. FlexAudit işini müştərinin biznesini anlamaq, qanunvericiliyin tələbləri və peşəkar standartlar əsasında qurur.

MÜSTƏQİLLİK

Maraqların toqquşmasına yol vermədən obyektiv yanaşma və peşəkar rəy. Audit aparılarkən və vergi məsələləri qiymətləndirilərkən müstəqilliyi və tam obyektivliyi qoruyuruq.

MƏXFİLİK

Müştərilərin maliyyə, vergi və korporativ məlumatlarının qorunması əsas prinsiplərimizdən biridir. İş prosesində əldə edilən məlumat və sənədlər yalnız müəyyən edilmiş tapşırığın yerinə yetirilməsi məqsədilə istifadə olunur və məxfi saxlanılır.

MƏSULİYYƏT

Hər bir layihəyə və qəbul edilən peşəkar qərarlara diqqətli yanaşma. Rəylərimiz və tövsiyələrimiz sənədlərin, faktiki halların və tətbiq olunan qanunvericilik tələblərinin təhlilinə əsaslanır.

PRAKTİKİ YANAŞMA

Qanunvericiliyə, peşəkar standartlara və real biznes təcrübəsinə əsaslanan həllər. Biz yalnız formal tələbləri deyil, həm də şirkətin fəaliyyət xüsusiyyətlərini və təklif olunan həllərin praktiki nəticələrini nəzərə alırıq.